“Qarabağ” yenə qalib gələ bilmədi

  • By admin
  • 21 Yanvar 2018 12:09


Mövsümün ikinci yarısına hazırlığı Antalyada davam etdirən “Qarabağ” dünən toplanış çərçivəsində ikinci yoxlama oyununa çıxıb.

Gununsesi.info xəbər verir ki, “köhlən atlar” Polşanın “Lexiya” (Qdansk) klubu ilə qarşılaşıb.

Matç 1:1 hesablı bərabərliklə başa çatıb.

Xatırladaq ki, “Qarabağ” Antalyada keçirdiyi ilk yoxlama oyununda Rusiyanın “Kuban” klubuyla 2:2 hesablı heç-heçə edib.

“Qarabağ” – “Lexiya” 1:1

Qollar: Dani Kintana, 58 – Flavio Paixao, 86

Gununsesi.info