«Qarabağa Qayıdış» Ədliyyə Nazirliyinə müraciət etdi

  • By admin
  • 21 May 2019 15:00

«Qarabağa Qayıdış» İctimai Birliyinin dövlət qeydiyyatına alınması üçün müvafiq sənədləri artıq Ədliyyə Nazirliyindədir. Bu barədə məlumatı «Qarabağa Qayıdış» İctimai Birliyinin təsisçilərindən biri və sədri olan Vaqif İsmayıl verib.

O «Qarabağa Qayıdış» İctimai Birliyinin yaranması səbəbini cəmiyyətin istəkləri doğrultusunda olduğunu bildirərək qeyd edib ki, artıq zaman o zaman deyil ki, zor gücünə kiminsə torpağını işğal edəsən və 30 il işğal altında saxlayasan. Cəmiyyət olaraq hər bir fərd Qarabağ və işğal edilmiş digər torpaqların tezliklə azad olunması üçün üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Bunun üçün xalqımızın maarifənməsinə və təşkilatlanmasına, vətənpərvərlik tuhunun daha da yüksəldilməsinə, xalqımızın haqq səsinin beynəlxalq təşkilatlara çatdırılmasına ciddi ehtiyac vardır. «Qarabağa Qayıdış» İctimai Birliyi xalqımızın tarixi torpaqları, Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilər, eyni zamanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xalqımızın haqq səsini cəmiyyətimizə, xarici dövlətlərə və beynəlxalq təşkilatlara çatdırmağı qarşısına əsas məqsəd qoyub.