“Qarabağa Qayıdış”ın fəalları Ağdamın işğalını andı

“Qarabağa Qayıdış”ın fəalları Ağdamın işğalını andı

 

Bu gün Ağdamın işğal olunmasının daha bir ili geridə qalır.

Gununsesi.org-un xəbərinə görə, “Qarabağa Qayıdış” İctimai Birliyinin fəalları Şəhidlər Xiyabanında bir araya gəlib.

Qurumun həmtəsisçisi vəkil Əziz Qənbərov fəallar qarşısında çıxış edib.  O, təəssüflə bildirib ki, nə vaxta qədər biz Vətənimizin işğalının il dönümünü qeyd edəcəyik: “Nə vaxta qədər ziyarət etməyə mənəvi haqqımız olmayan Şəhidlər xiyabanında anım tədbirləri keçirdəcəyik? Nə vaxta qədər dədə-babalarımızın qəbirlərinin əsirlikdə qalmasına seyirci qalacağıq? Azərbaycan ziyalıları, üzümü Sizlərə tutaraq deyirəm, bəsdirin susdunuz, aidiyyatı orqan və təşkilatlara müraciət edin. Torpaqların işğaldan azad olunmasını tələb edin ki, gələcək nəsil də Sizlərə və bizlərə lənət oxumasın!

 

COMMENTS