“Qarabağ”ın ispan legioneri: “Sevilyadan bir xalla qayıtmaq istərdik”

  • By admin
  • 27 Noyabr 2019 22:26

“Güclü komandaya qarşı oynayacağımızın fərqindəyik. Növbəti mərhələyə adlamaq üçün bizə xal lazımdır. Müdafiədə diqqətli olmalı, öz oyunumuzu oynamalıyıq”.

Gununsesi.org-un verdiyi məlumata görə, bu fikirləri “Qarabağ”ın futbolçusu Xayme Romero UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda baş tutacaq “Sevilya” ilə oyun haqda danışarkən deyib.

İspaniyalı yarımmüdafiəçi matçın keçiriləcəyi Xunan Sançes Pisxuan stadionunda baş tutan mətbuat konfransında bildirib ki, müdafiədə diqqətli olmalı, boşluqlar buraxmamalıdırlar: “Əlimizə düşən fürsətlərdən istifafə etməliyik. Burdan xalla qayıtmaq istərdik. Təəssüf ki, indiyə qədər bu stadionda oynamaq mənə nəsib olmayıb. Bir ispaniyalı kimi mənim üçün burada meydana çıxmaq xoşdur. Sabah 10-a yaxın ailə üzvüm stadionda olacaq”.

 

Gununsesi.org