“Qarabağ”ın oyununa 22 min bilet satıldı

  • By admin
  • 13 Avqust 2019 15:35

Bu gün ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” III təsnifat mərhələsinin cavab matçında Kiprin APOEL klubunu qəbul edəcək.

Ağdam klubundan Gununsesi.org-a verilən məlumata görə, bu saatadək Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmaya 22 min bilet satılıb. Oyunun başlama saatınadək satılan biletlərin sayında artım olacağı istisna olunmur.

Qeyd edək ki, qarşılaşma saat 20:30-da start götürəcək. Qurban Qurbanovun komandası səfər oyununda rəqibini 2:1 hesabı ilə məğlub edib. “Atlılar” APOEL səddini keçəcəyi halda pley-off mərhələsində “Ayaks” – PAOK cütünün qalibi ilə qarşılaşacaq.
Gununsesi.org