“Qarabağlı olduğun halda susursansa, ziyalı yox, ziyanlısan” - VƏKİL ƏZİZ QƏNBƏROV YAZIR

  • By admin
  • 29 Oktyabr 2019 11:31

Bu gün Zəngilanın işğalından 26 il ötür.

Zəngilan rayonu, eləcə də digər işğal edilmiş rayonlar işğal olunduqdan sonrakı bir iki il ərzində doğulan uşaqlar artıq ata və ana olubdurlar. Artıq onlar cəmiyyətimizin aparıcı qüvvəsidirlər. Gəlin etiraf edək ki, hər birimizdə bir əminlik var ki, doğma torpaqlarında doğulmuş və ən azı 10-15 il orada yaşamış insanlar qədər itirilmiş torpaqlara həmin 26-33 yaşa arası olan gənclər can yandırmır. Çünki cəmiyyətimizdə olan vətənpərvərlik ruhunu öldürməyə çalışan qüvvələr var. (Bəzi istisnalar da var) Ziyalılarımızın 80%-dən çoxu işğala susublar. Öz şəxsi mənafeləri naminə susurlar.

Belə bir təbliğat var: “ALİ BAŞ KOMANDAN ƏMR VERSƏ TORPAQ UĞRUNDA ÖLÜMƏ BELƏ GEDƏRƏM”! Ali Baş Komandan Cəmiyyətin maraq göstərmədiyi məsələ ilə bağlı niyə və nə üçün əmr verməlidir? Niyə biz öz məsuliyyətimizi də Dövlət Başçısına həvalə etməliyik? Sən rayonların işğal anım günündə ŞƏHİDLƏR XİYABANINA öz şəxsi mənafeyin üçün gəlmirsənsə, ictimai müzakirələrin aparıldığı sosial şəbəkələrdə belə Qarabağlı olduğun halda susursansa sən bu dövlətin ziyalısı yox ZİYANLISISAN!

 

Əziz Qənbərov

Gununsesi.org