Qaradərili kişinin ağ qadına olan bağlılığı- TUPAKIN MADONNAYA OLAN MƏKTUBU HƏRRACA ÇIXARILDI

Qaradərili kişinin ağ qadına olan bağlılığı

Mərhum reper Tupakın müğənni Madonnaya yazdığı məktub hərraca çıxarılıb. Gununsesi.org-un məlumatına görə, bu barədə “RİA Novosti” “Gotta Have Rock and Roll” internet-auksionuna istinadən xəbər verib.

Məktub 100 min ABŞ dollarına satılır. Qeyd edilir ki, Tupak həmin məktubu Madonnaya 1995-ci il yanvarın 15-də həbsxanadan yazıb.

Reperin məktubu üç səhifədən ibarətdir. O, yazdıqlarını “Həmişəlik, 2PAC, Tupak Şakur” adlandırıb.

 “Rasizmin fəsadları qaradərili kişinin ağ qadına olan bağlılığını lazımi şəkildə göstərməyə çətinlik yaradır”, – Tupakın məktubunda qeyd edilib.

Qeyd edək ki, T. Şakur 1996-cı il sentyabrın 13-də ABŞ-ın Las-Veqas şəhərində dünyasını dəyişib.

Gununsesi.org

COMMENTS