Qardaşımın o avtomobildən çıxması bir möcüzə idi- FOTO

Qardaşımın o avtomobildən çıxması bir möcüzə idi

“Qardaşımın o avtomobildən çıxması bir möcüzə oldu”

Gununsesi.org bildirir ki, bu sözləri müğənni Ayan Babakişiyeva bir müddət əvvəl avtomobil qəzası keçirərək xəstəxanalıq olan qardaşı Samir Babakişiyevin son vəziyyəti haqda məlumat verərkən qeyd edib.

Türkiyədəki xəstəxanaların birində müalicə alan qardaşı ilə İnstaqramda fotosunu paylaşan ifaçı bunları yazıb:

“Hələ ki, vəziyyətimiz ortadı. Müalicələr davam edir. Çünki nəfəs alma problemimiz var”.

Ayan onun doğması üçün dua edən hər kəsə təşəkkürünü bildirib:

Dua eden hər kəsə, göydə Allah, yerdə sizlərə sağ olun, var olun deyirəm. Hər gün 100-lərcə mesajlar, zənglər gəlir qardaşım Samir üçün. Allah hər kəsdən razı olsun. Mən kimin dost, kimin düşmən olduğunu gördüm. Narahat olub soruşan tanıdığım, tanımadıqlarım”.

İfaçı qardaşının müalicə aldığı xəstəxanaya da təşəkkür edib.

COMMENTS