Qasırğanın ulduza çevirdiyi “Jeep” - VİDEO

  • By admin
  • 08 Sentyabr 2019 11:06

 

Dorian qasırğası sentyabrın 5-də Cənubi Karolinaya çatdıqdan sonra turistik məkan olan Myrtle Beach-də ilişib qalmış qırmızı “Jeep Grand Cherokee”avtomobili ulduza çevrilib.

Gununsesi.org “Amerikanın Səsi”nə istinadən bildirir ki, Cənubi Karolina nömrəsi olan və sahibsiz olan avtomobil əvvəlcə qumda ilişib. Güclü dalğalar onu vurduqdan sonra isə avtomobil suda çalxalanmağa başlayıb.

İnsanlar leysan yağışın altında onun sulara qərq olub-olmamasını gözləyərkən ciplə şəkillər də çəkdiriblər. Bəziləri hətta polisin su hövzələrindən uzaq durma əmrinə tabe olmayaraq avtomobilin üzərinə çıxıb foto çəkdirib.

 Cümə günü səhər saatlarında avtomobil sudan çıxarılıb. Nəqliyyat vasitəsinin çimərliyə necə və nə səbəblə enməsi ilə bağlı heç bir məlumat verilməyib.

Baham adalarını vurduqdan sonra Dorian qasırğası, ABŞ-ın şərq sahili boyunca irəliləyir.