Qaz itkiləri 18 faiz artıb - Ötən il təbii qaz itkisi 1 milyard kubmetri keçib

  • By admin
  • 22 Avqust 2016 18:45

qaz

Azərbaycanda qaz itkisi rekord səviyyəyəçatıb.

Gununsesi.info xəbər verir ki, enerji sektoru ilə bağlı Dövlət Statistika Komitəsinin hazırladığı illik bülletendəbu sahədə olan itkilər barədə statistika dərc edib.

Statistikaya görə, 2015-ci ildə təbii qaz istehlakı zamanı itkilər 1 milyard 087 milyon kub\metrəçatıb. Halbuki,  “Azəriqaz”da struktur dəyişiklikləri aparılarkən, qarşıya qoyulan əsas məqsədlərdən biri itkilərin azaldılması idi. Amma islahatlar heç bir müsbət dəyişiklik yarada bilməyib. Əksinə, 2013-2015-cü illərdə təbii qaz itkisi 890 min kub\metrdən  1,087 milyarda qədər yüksəlib.

Bu sektora həm dövlət, həm də kredit təşkilatları tərəfindən yatırılan investitsiyalara, yenilənən infrastruktura baxmayaraq, itkilər 18 faiz artıb.

 Vüsalə RÜSTƏMOVA

Gununsesi.info