Qaz xəttini maşınla vurub zədələdilər- YÜZLƏRLƏ EV QAZSIZ QALDI

Qaz xəttini maşınla vurub zədələdilər

Qusar rayonunun Balaqusar, Həsənqala kəndləri istiqamətində istismarda olan qaz xəttini maşınla vurub zədələyiblər. 

Bu barədə Gununsesi.org-a “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd olunub ki, dünən axşam saat 16:50-dən həmin ərazinin qaz təchizatı daxildən dayandırılıb. Təmir-bərpa işləri müddətində ümumilikdə 615 abonentin qaz təchizatında fasilə yaranıb.

 

COMMENTS