Qazaxıstan hökuməti İraqdan daha 14 uşağı geri qaytarmağı planlaşdırır

Qazaxıstan hökuməti İraqdan daha 14 uşağı geri qaytarmağı planlaşdırır

Qazaxıstan hökuməti İraqın müharibə bölgələrindən vətəndaşlarının ölkələrinə qayıtması istiqamətində işləri davam etdirir.

Gununsesi.org xəbər verir ki, Qazaxıstan xarici [şlər naziri Muxtar Tleuberdi İraqın həbsxanalarında anaları ömürlük cəza çəkən qazaxıstanlı uşaqların geri qaytarılacağını açıqlayıb. Onun sözlərinə görə, bu, Suriyadakı müharibə zonasında olan qazaxıstanlıların vətənlərinə qayıtmaq üçün bu ilin əvvəlindən həyata keçirilən “Jusan” əməliyyatının davamı olacaq. Qazaxıstan hakimiyyəti bu əməliyyat çərçivəsində üç aksiya keçirib.

Xatırladaq ki, 2019-cu ilin əvvəlində Qazaxıstan, döyüş bölgələrindən qayıdan insanların evində olmasını simvolizə edən “Jusan” adlı xüsusi bir əməliyyat keçirib. “Jusan” xüsusi əməliyyatı çərçivəsində reallaşan üç hərəkət nəticəsində 406 uşaq olmaqla 600 nəfər vətənə dönüb.

 

 

Gununsesi.org

COMMENTS