Qeyri-adi yol qəzası – AVTOMOBİL 2-Cİ MƏRTƏBƏYƏ GİRDİ

  • By admin
  • 15 Yanvar 2018 23:15

ABŞ-ın Kaliforniya ştatında qeyri-adi yol qəzası baş verib.

Gununsesi.info-nun xəbərinə görə qəzanın qəribə tərəfi ondan ibarətdir ki, avtomobil binanın 2-ci mərtəbəsinə girib.

Belə ki, yüksək sürətlə hərəkət edən avtomobil sürücünün qəfildən əyləci basması ilə uçaraq diş həkiminin ofisinə girib. Qəza zamanı maşında olan 2 nəfər yüngül xəsarət alıb. Xoşbəxtlikdən hadisə zamanı ofisdə heç kim olmayıb. Qəzadan sonra stamotoloq kabineti yanmağa başlayıb.

Gununsesi.info