Qeyri-qanuni yaşadığı qızı yaraladı, qardaşını isə qətlə yetirdi - FOTOLAR

  • By admin
  • 22 Avqust 2016 16:55

fid-1

Binəqədi rayonunun Binəqədi qəsəbəsində yaşayan  Əfsanə Məmmədova və onun qardaşı Anar onların  evində yaşayan Gədəbəy rayon sakini Fidani İsmayılov tərəfindən bıçaqlanıb.

Gununsesi.info-nun məlumatına görə, daha sonra Fidani hadisə yerini tərk edib. Nəticədə Anar aldığı xəsarətlərdən  hadisə yerində ölüb, Əfsanə  Məmmədova isə xəstəxanaya yerləşdirilib.

Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Fidani  İsmayılov tutularaq istintaq təhfil verililib. İdarədə dindirilən Fidani hələ də hadisənin şokunda olduğunu deyir. Onun sözlərinə görə, Əfsanə Məmmədova ilə bir müddət bundan öncə tanış olub. Daha sonra Əfsanə ona birgə yaşamağı təklif edib. Ailəli olan Fidani bu təklifi qəbul edərək, onunla birgə yaşamağa başlayıb. Hadisə baş verən gün isə Əfsanə qardaşı Anarla Fidaniyə xəbər etmədən dənizə gedib və bundan əsəbləşən Fidani bıçağı əlinə alaraq onları qorxutmaq istəyib. Artıq faktla bağlı rayon Polis İdarəsində Fidani İsmayılov barəsində cinayət işi başlanıb araşdırma aparılır.

 

fid-2

fid-3

Gununsesi.info