Qırğızıstanın Daxili İşlər nazirinin müavini vəzifəsindən azad edildi

Qırğızıstanın Daxili İşlər nazirinin müavini vəzifəsindən azad edildi

Qırğızıstanın Daxili İşlər nazirinin müavini Kursan Asanov vəzifəsindən azad edilib. Gununsesi.org-un məlumatına görə, bu barədə “24.kg” şəxsi mənbələrinə istinadən xəbər verib.

Kursan Asanovu bu vəzifədə DİN İstintaq Xidmətinin rəisi Pamir Asanov əvəzləyib. P. Asanov hər iki vəzifəni icra edəcək.

Kursan Asanovun hansı səbəbdən vəzifədən azad edilməsi barədə məlumat verilməyib. Xatırladaq ki, K. Aslanov bir müddət əvvəl Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevlə Xüsusi Xidmət Orqanları əməkdaşlarına təslim olması üçün danışıqlar aparıb və onu razı salıb.

Gununsesi.org

COMMENTS