“Qiymətlər çox böyük sıçrayışla artır…” – ARAZ ƏLİZADƏ

  • By admin
  • 18 Sentyabr 2019 17:43

Xüsusən son 1 ildə Azərbaycan iqtisadi sıçrayış edib. Lakin bunun əhəmiyyətini insanlar o qədər də hiss etmirlər. Çünki bizim iş adamları əhali ilə sosial əməkdaşlığa getmirlər. Bazarda qiymətlər çox yüksəkdir.

Gununsesi.org məlumat verir ki, bunu deputat Araz Əlizadə Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin iclasında deyib.

Deputat təklif edib ki, müəyyən dövr üçün tənzimlənən bazar iqtisadiyyatına qayıdılmalıdır.

“Hər il cənab prezident pensiyaların məbləğinə indeksaysiya edir. Maaşlar qaldırılıb. Təqaüdlər artıb. Lakin qiymətlər çox böyük sıçrayışla artır. Ona görə də bunun əhəmiyyətini insanlar hiss etmir. Çalışıb elə mexanizm tapmalıyıq ki, 1 il müddətinə qiymətlər dondurulsun. 1 ildən sonra respublika üzrə inflyasiyanın faizi nə qədər olacaqsa, o qədər də qiymətlərin artmasına icazə verərik. Əks təqdirdə bizdə biznes yox, möhtəkirlik baş alıb gedir”-deyə, o, sözlərinə əlavə edib.