Qızların donlarının altına baxan müəllim həbs edildi

  • By admin
  • 23 Yanvar 2020 09:40

Britaniyanın Derbişir qraflığında icazəsiz qızların donlarının altına baxan keçmiş müəllim həbs edilib.

Gununsesi.org “Metro”ya istinadən xəbər verir ki, üç il ərzində 38 yaşlı İen Besli gizli kamera ilə 131 qadını və beş qız uşağını çəkib.

Adətən Bensli çirkin əməlini supermarketdə həyata keçirirmiş.

İşini gizli saxlamaq üçün o, telefonunu alış-veriş səbətinin dibinə qoyaraq supermarketdə gəzişirmiş.

Gununsesi.org