Qobustanda güclü küləyin aşırdığı ağac 120 abonenti qazsız qoyub - FOTO

  • By admin
  • 22 Sentyabr 2019 16:53

Gecə saatlarında əsən güclü külək nəticəsində baş verən bütün qəzalar barədə “Azəriqaz” İstehsalat Birliyinin 104 və 185 saylı qaynar xəttinə daxil olan zənglər operativ şəkildə araşdırılır.

Gununsesi.org xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, əlaqədar department, şöbə və idarələrə ötürülən qəza məlumatlarının dərhal aradan qaldırlmasına, baş verən qaz sızmalarının ləğvinə başlanılıb.

Belə qəzalardan biri də Qaradağ rayonunun Qobustan qəsəbəsində qeydə alınıb.

Belə ki, 9 saylı 2 mərtəbəli yaşayış evinin həyətindəki ağac aşıb. Diametri 108 mm olan aşağı təzyiqli qaz xətti zədələnib və 120 abonent qazsız qalıb.