Qobustanda sərnişin avtobusu aşdı - 2 ÖLÜ, 6 YARALI

  • By admin
  • 03 Noyabr 2019 09:09

Qobustanda avtobus aşıb, 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Gununsesi.org xəbər verir ki, hadisə gecə saatlarında Bakı-Şamaxı-Yevlax​ yolunun 94 km də, Qobustan rayon ərazisindən​ keçən ərazisində​ baş verib.

İlkin məlumatlara görə, Bakıdan Şamaxı istiqamətində hərəkət edən sərnişin avtobusu yoldan çıxaraq aşıb. Nəticədə iki nəfər hadisə yerində dünyasını dəyişib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan 6 nəfər xəstəxanaya yerləşdirilib.

Ölən və xəsarət alanların şəxsiyyəti hələlik dəqiq bəlli deyil.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.org