“Qondarma rejimin Dağlıq Qarabağda keçirdiyi “seçkiləri” tanımırıq”- TÜRKİYƏ XARİCİ İŞLƏR NAZİRLİYİNDƏN AÇIQLAMA

“Qondarma rejimin Dağlıq Qarabağda keçirdiyi “seçkiləri” tanımırıq”

“Azərbaycanın Dağlıq Qarabağ və ətraf ərazilərinin Ermənistan tərəfindən işğalı Cənubi Qafqazda regional sabitliyə və inkişafa ən böyük əngəldir”.

Gununsesi.org xəbərinə görə, sentyabrın 8-də Ermənstanın işğal etdiyi Azərbaycan torpaqlarında qondarma rejimin keçirdiyi “yerli özünüidarəetmə seçkiləri” ilə bağlı Türkiyə XİN-in diplomatik mənbələrindən verilən açıqlamada belə deyilib.

Açıqlamada qeyd olunub ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, beynəlxalq hüquq və BMT müvafiq 4 qətnaməsi çərçivəsində, sülh şərtləri daxilində həll edilməsini arzu edir: “Bu baxımdan Türkiyə Ermənistanın qanunsuz olaraq zəbt etdiyi işğal altındakı Dağlıq Qarabağ ərazisində keçirilən “yerli seçkiləri” tanımır. Ona görə də Ermənistanın beynəlxalq hüquq normalarına zidd status-kvonu qanuniləşdirmək səylərini keçmişdə olduğu kimi, bu gün də qəbul etmirik və bu qanunazid addımların problemin həllinə heç bir faydası olmadığını bir daha bəyan edirik”.

 

Gunusesi.org

COMMENTS