“Qoşulmama Hərəkatı ölkələrinə xarici qüvvələrin təsirini azaltmaq üçün birləşmək lazımdır” - ZƏRİF

  • By admin
  • 23 Oktyabr 2019 12:25

“Qoşulmama Hərəkatı üzvləri xarici qüvvələrin təsirini azaltmaq üçün birləşməlidir”.

Gununsesi.org xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Qoşulmama Hərəkatı Xarici İşlər Nazirləri Şurasının Bakıda keçirilən iclasında deyib.

Sammitin təşkilinə və iştirakçılara göstərilən qonaqpərvərliyə görə Azərbaycana təşəkkür edən nazir diplomatiyaya, çoxtərəfliliyə və beynəlxalq əməkdaşlığa “artan hörmətsizliyin” xroniki problemləri və dünyada qeyri-müəyyənliyi daha da artırdığını bildirib: “Beynəlxalq hüquq, çoxtərəfli sazişlər, Təhlükəsizlik Şurasının qətnamələri və sivil davranış normaların şəxsi siyasi ambisiyalara qurban verildiyi görünür”.

Çıxışı zamanı ABŞ-ın addımlarını kəskin tənqid edən M.Zərif Birləşmiş Ştatların İranın nüvə proqramına dair sazişdən birtərəfli qaydada çıxdığını, bunun regionda ciddi dağıdıcı faktor olduğunu söyləyib. “ABŞ-ın iqtisadi müharibəsi isə əslində iqtisadi terrorizmdir”, – o deyib.

XİN başçısının sözlərinə görə, ABŞ-ın bir sıra ölkələrə qarşı sanksiyalara meyl göstərməsi beynəlxalq münasibətlərin, iqtisadi əlaqələrin qurulmasına xələl gətirir və yüz milyonlarla insana, habelə qlobal ticarətə təhlükə yaradır.

 

Gununsesi.org