Qreys Kellinin nəvəsi ilə Karol Bukenin oğlu evləndilər

  • By admin
  • 02 İyun 2019 10:24

Aktrisa və Monakonun knyaginyası Qreys Kellinin nəvəsi Şarlotta Kaziraqi aktrisa karol Bukenin oğlu, kinoprodüser Dimitri Rassama ərə gedib.

Bu barədə Gununsesi.org Fox News”-a istinadən xəbər verir.

Bildirilir ki, mərasim Monakoda baş tutub.

2017-ci ildən görüşən cütlüyün Baltazar Rassam adlı altıaylıq oğlanları var.

Amerikalı aktrisa Qreys Kelli knyaz III Renye ilə ailə qurmaqla Monakonun onuncu knyaginyası olmuşdu. Cütlüyün üç övladı dünyaya gəlmişdi.

Fransız aktrisası Karol Buke isə geniş kütləyə “Bondun sevgilisi” kimi tanışdır.

Qreys Kelli və Monakonun knyazı III Ranye

Aktrisa Karol Buke 

Şarlotta Kaziraqi və Dimitri Rassam