Qubad İbadoğlu erməni nazirinə nələr söylədi? - ONA VERDİYİM SUAL...

  • By admin
  • 15 May 2019 10:12

Belçikanın paytaxtı Brüsseldə Avropa Briliyinin Şərq Tərəfdaşlıq Proqramının 10 illiyi münasibətilə Çex Respublikasının Belçikadakı səfirliyinin təşəbbüsü ilə  panel təşkil olunub.

Gununsesi.org-un xəbərinə görə, ermənistanın xarici işlər nazirinin qatıldığı paneldə Azərbaycanda tanlınmış iqtisadçı alim Qubad İbadoğlu da iştirak edib.

Qubad İbadoğlu bildirib ki, erməni nazir çıxışında ölkəsinin son dövrdəki uğurlarından bəhs edib:

“Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın 10 dəqiqəlik çıxışına şərhim və ona verdiyim sual zaldakı olan çoxsaylı auditoriyanın fikirlərinin bir anda dəyişməsinə səbəb oldu. 
Şərhimdə Ermənistanda demokratiyanın dayanıqlı olmayacağını əsaslandırdım və bunu arqumentləşdirmək üçün orta təbəqənin olmadığını, azad iqtisadyyatın qurulmadığını, regionda sülhun və əmin-amanlığın bərpa edilmədiyini göstərdim və nazirə sual etdim ki, Ermənistan nə zaman işğal etdiyi torpaqlardan çıxacaq?.
“Mən doğulduğum, boya başa çatdığım, uşaqlığımın, yeniyetmə dövrümün yaddaşında həkk olunan Füzuliyə getmək, atamın və qohumlarının qəbrlərini ziyarət etmək istəyirəm. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından qoşunlarını nə zaman geri çəkəcək” sualına cavab vermək istəyən xarici işlər naziri aciz görkəmə düşdü, cavabını əsaslandırmaq üçün 15 dəqiqədən çox çalışdı, lakin istəyinə nail ola bilmədi, bir sözlə nə qədər çalışdısa yenə də Ermənistanın əynindən işğalçı libasını çıxara bilmədi”.

Gununsesi.org