Qubad İbadoğlu: Ukrayna xalqı əslində Zelenskiyə “hə” deyil, Poroşenkoya “yox” dedi - ÖLKƏNİ İDARƏ ETMƏK ONA ASAN OLMAYACAQ

  • By admin
  • 22 Aprel 2019 10:39

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu Ukraynada keçirilən seçkinin nəticəsini şərh edib.

Gununsesi.org tanınmış ictimai xadimin fikirlərini təqdim edir: 

Ukraynada seçkilər başa çatdı. Gözlənildiyi kimi, Volodimir Zelenski böyük üstünlüklə Petro Poroşenkoya qalib gəldi. Nəticələr göstərdi ki:
1) Ukrayna xalqı əslində Zeleskiyə “hə” deyil, Poroşenkoya “yox” dedi. Bunun da başlıca səbəbi Poroşenkonun siyasi və sistem korrupsiyaya qarşı mübarizədə, oliqarxların iqtisadiyyatda dominantlığının aşağı salınmasında verdiyi sözü tutub, ötən prezident seçkilərində götürdüyü öhdəliklərə əməl etməməsi, eləcə də hüquq mühafizə orqanları rəhbərlərinin qanunun aliliyinə deyil, hakimiyyət və oliqarx maraqlarına xidmət etməsi, ölkədə yaşam şərtlərinin yoxsul təbəqə, xüsusilə də pensiyaçılar üçün ildən-ilə pisləşməsi, Rusiyada ilə müharibədə itirilmiş ərazilərin bütövlüyünün təminatı sahəsində irəliləyişə nail olmamasıdır.
2) Volodimir Zelelenski birinci turda müxtəlif namizədlər arasında bölünən səsin demək olar ki, böyük əksəriyyətinə ikinci turda sahib çıxıb. Bu isə o deməkdir ki, Zelenski Yulia Timoşenko və Yuriy Boyko ilə yanaşı digər namizədlərlə də danışıqlara gedib, onların səsini də ikinci turda qazanıb.
3) İkinci turda seçkilərin fəallığı aşağı düşsə də bu Zelenskinin xeyrinə işlədi. Zelenski daha çox özünün və müttəfiqlərinin tərəfdarlarını seçkiyə gətirə bildi.
4) Ukrayna xalqı daimi dəyişikliklər axtarışındadır. Odur ki, seçicilər adətən köhnə deyil, yeni namizədlərə üstünlük verir.
5) Ukraynda demokratik, xüsusilə də seçki institutları artıq formalaşıb və ora seçkilərin nəticəsi xalqın iradəsini ifadə edir. Bunu isə heç kəs hətta hakimiyyətini itirən prezidentlər belə dəyişməyə cəhd etmir.


Nəhayət, onu da qeyd edim ki, seçkilərdən sonra komandası, partiyası və parlamentdə tərəfdarları olmayan Zelenskiyə xüsusilə də sosial-iqtisadi və təhlükəsizlik problemləri olan, son illər dövlət borcu artan ölkəni idarə etmək asan olmayacaq. Çox böyük ehtimalla Zelensiki hakimiyyətinə güclü müxalifət formalaşacaq. Amma istənilən halda bu dəyişiklik Ukraynanı irəli aparacaq, ölkədə korrupsiyaya ilə mübarizəyə, avroatlantika məkanına inteqrasiya, bölgədə demokratikləşmə proseslərinə yeni impulslar verəcək.

 

Gununsesi.org