Qubada ceyranı ovlayan şəxs həbs edildi

  • By admin
  • 13 Yanvar 2019 14:00

Qanunsuz ov edən Quba sakini saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan “Gununsesi”nə verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Tülər kənd ərazisində ovlanması ölkəmizdə qanunla qadağan olunmuş meşə fonduna aid bir baş ceyran ovlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

 Araşdırmalarla onun həmin kənd sakini Habil Muradov olduğu müəyyən edilib.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırmalar aparılır.