Qubada şok olay – Qaynar su töküb yandırdılar, xəstəxanada bıçaqladılar

  • By admin
  • 30 Sentyabr 2016 19:16

img2205981

 

Bıçaqlanma ilə nəticələnən münaqişə Qubanın Mirzəqışlaq kəndində baş verib.

ARB Şimal xəbər verir ki, 33 yaşlı kənd sakini Bəhruz Paşayevlə qonşusu 52 yaşlı Samirə Məmmədova arasında şəxsi zəmində münaqişə yaşanıb. Sonradan Samirə Məmmədovanın oğlanları da mübahisəyə qoşulub.

Bəhruz Paşayevin qardaşı ARB Şimala bildirib ki, hadisə  Bəhruz toy məclisindən qaydarkən baş verib: “Toydan sərxoş vəziyyətdə gəlib. Bunları anası çağırıb içəri. Oğlu gəlib, tutub bunu içəridə. Ana-bala birləşib, döyüblər bunu. “Lapatka” ilə vurublar. Başını yarıblar. Baltayla vurublar”.

Şahidlərin dediyinə görə, evdə münaqişə zamanı qaynar su ilə dolu qəfədan Bəhruz Paşayev və Samirə Məmmədovanın üstünə aşıb. Müxtəlif yanıq xəsarətləri ilə Quba RMX-nın cərahiyyə şöbəsinə yerləşdirilən şəxslərə müvafiq yardımlar göstərilib. Gecə saatlarında özünü zərəçəkən Bəhruz Paşayevin yaxını kimi təqdim edərək xəstəxanaya daxil olan Vidadi Məmmədov ona sarğı otağında 6 bıçaq zərbəsi vuraraq ağır bədən xəsarətləri yetirib. Yaralı üzərində 6 saat cərrahiyyə əməliyyatı aparıldıqdan sonra onu həyatda saxlamaq mümkün olub. Hazırda reanimasiya şöbəsində müalicə alan zərəçəkənin vəziyyəti ağırdır.

Hadisə nəticəsində müxtəlif yanıq xəsarətləri alan Samirə Məmmədovanın müalicəsi stasionar qaydada aparılır. Quba rayon polis şöbəsinin baş müstəntiqi Mükərrəm Məmmədov ARB Şimala açıqlamasında  bildirib ki, bıçaqlanma hadisəsi ilə bağlı araşdırmalara başlanılıb.

 

 

Gununsesi.info