Qubadan Bakıya yük gətirən avtomobil qəzaya uğrayıb- XƏSARƏT ALANLAR VAR

Qubadan Bakıya yük gətirən avtomobil qəzaya uğrayıb

Bakı-Quba yolunda yol qəzası baş verib.

Gununsesi.org-un məlumatına görə, Qubadan Bakıya pomidor və bibər gətirən “Ford” markalı yük maşını beton maneyə çırpılıb.

Nəticədə avtomobildə olan 3 nəfər – Abıyev Hicran, Abıyev Ramin və Məmmədəliyeva Reyhan müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.org

COMMENTS