Qüds və Qarabağ: Oxşar cəhətlər, Azərbaycanın maraqları… - MÜRTƏZA BÜNYADLI YAZIR

  • By admin
  • 13 Dekabr 2017 14:16

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin rəsmi paytaxt kimi tanıması barədə verdiyi məlum qərarı Azərbaycanda da ciddi rezonansa səbəb olsa da, belə demək mümkünsə cəmiyyəti iki hissəyə bölüb. Bir qism  Trampın bu qərarını beynəlxalq hüquq norma və prinsipləri ayaq altına atması kimi dəyərləndirsə də, digər qism müxtəlif arqumentlərlə Qüdsün İsrailin paytaxtı elan edilməsini düzgün addım hesab edir və bunu dəstəkləyirlər. Lakin Qüdsün İsrailin paytaxtı elan edilməsini dəstəkləyən qism insanlar bunun Azərbaycanın milli maraqlarına cavab verib-verməməsini nəzərə almır və bunun Azərbaycan üçün hansı xoşagəlməyən presidentlərə yol aça biləcəyini, yaxud da beynəlxalq hüquq normalarına zidd olduğunu nəzərə almayıblar.

Trampın Qüdsün beynəlxalq hüquq norma və prinsiplərinə uyğun, yaxud danışıqların nəticəsi olaraq tərəflərin razılığı əsasında deyil, dünyada beynəlxalq hüquq normaları və prinsiplərinin, təhlükəsizliyin və sabitliyin qarantı rolunda çıxış edən bir ölkənin bəyan etdiyi prinsiplərə zidd addımını birmənalı şəkildə beynəlxalq hüquqa hayqırı hesab etmək olar. Belə ki, İsrail-Fələstin münaqişəsinin tənzimlənməsi ilə bağlı BMT və digər beynəlxalq  təşkilatların  qəbul etdiyi qətnamə və qərarlar mövcuddur. Tramp bu addımı ilə beynəlxalq təşkilatların bu qərarlarına sayğısızlıq nümayiş etdirərək, şəxsi maraqları baxımdan  qərar verdi.

Tramp bu qərarı verəkən Amerikadakı daxili siyasi vəziyyəti nəzərə alaraq ölkəsinin dünyadakı jandarmeriya rolunu təmin etmək məqəsdi ilə atdığı da hamıya aydındır.

Bu gün bir çox ekspertləri və beyin mərkəzlərini ciddi narahat edən məsələlərdən biri  Trampın bu qərarı gələcəkdə  dünyanın münaqişəli bölgələrindəki problemlərin beynəlxalq hüquq  prinsiplərinə  söykənmədən deyil,  hansısa  faktora əsaslanaraq həlli ciddi fəsadlara yol aça bilər.

Odur ki,  Trampın bu qərarı beynəlxalq hüquq normaları prizmasından Azərbaycanın milli maraqlarına  nə  dərəcədə cavab verib- verməməsini  aydınlıq gətirək. Və o zaman bu qəaraın Azərbaycan üçün elə də xoş olmayan presidentlərə yol açacağının şahidi ola bilərik.

Azərbaycanla İsrail arasında əlaqələrin yüksək səviyyədə olmasına baxmayaraq, Trampın Qüdslə bağlı verdiyi qərar Azərbaycan kimi torpaqları işğal altında olan bir ölkənin maraqlarına cavab vermir. Baxmayaraq  ki, Azərbaycanla İsrail arasındakı əlaqələr  yüksək səviyyədədir. Lakin hər bir ölkənin öz milli və dövləti maraqları var. Çünki Azərbaycanın da 30 ilə yaxındır həllini tapmayan Qarabağ kimi problemi var və bizi də sabah belə bir təhlükə ilə üz-üzə qalmayacağımız istisna deyil. Ona görə ki, Qarabağ  münaqişənin tənzimlənməsində əsas aparıcı rolu ABŞ, Rusiya və Fransanın  beynəlxalq hüquq normalarına uyğun mövqe sərgiləmədiyi və əksinə daha çox onların ikili standartlarının, bu məsələdə işğalçı Ermənistanın  mövqeyini dəstəklədiyinin şahidi oluruq.  Bu ölkələr işğalçıya təzyiq edib  işğalçılıq mövqeyindən geri otuzdurmaq əvəzinə bir çox hallarda  bağlı qapılar arxasında  Azərbaycana təzyiq edərək güzəştə getməyə sözv edirlər. Hansı ki, bunu Azərbaycan dövlət başçısı bu fikri bir neçə dəfə  açıq formada dilə gətirib.

Qüdsün İsrailin paytaxtı kimi tanınmasının tərəfdarlarının əsas arqumentlərindən biri  Fələstinin ermənipərəst mövqe sərgiləməsi və onları dəstəkləməsi irəli sürülür.

Burada digər məqamda diqqət yetirmək lazımdır ki, İsraildəki ərəblərin dominantlıq  etdiyi siyasi partiyalar Knissetin (parlament)  uydurma erməni soyqırım kimi tanınmasına daha çox aktivlik nümayiş etdirir. O zaman sual oluna bilər ki, bəs, niyə Türkiyə bu məsələdə bu qədər can-fəşanlıq edib, özünü oda vuraraq Qüdsün Fələstinin paytaxtı olmasını dəstəkləyir və bu istiqamətdə çaba göstərir. Axı  deyildiyi ki, Fələstinın ermənipərəst mövqe  sərgiləməsi və burada erməni terror təşkilatlarının ilk hədəfi elə Türkiyədir.   Odur ki, Qüds məsləsinə biz qarabağ prizmasından yanaşmalıyqı.Çünki bu iki münaqişənin nə qədər fərqli cəhətləri olsa da, oxşar cəhətləri də var. Oxşarlıq isə ondan ibarətdir ki,  münaqişənin tənzimlənməsi ilə məşğul olan vasitəçilər obyektivlik və ədalət prinsiplərindən uzaq  beynəlxalq hüquqa hayqırı ilə yanaşırlar.Oxşar digər məqam isə necə ki,  Azərbaycan torpaqları 19-cu əsrdə Rusiya imperiyası tərəfindən işağl edilərkən bu ərazilərə  digər ölkələrdən ermənilər Azərbaycan torpaqlarına köçürüldüsə, 20-ci əsrin əvvəlində Osmanlı imperiyası parçalanarkən  İngiltərə  Fələstin torpaqlarında   yəhudi dövləti yaratmaq üçün bu ərazilərə dünyanın müxtəlif ölkələrində köçürməyə başladı.

Bunun üçün tarixə  nəzər salamq yetər. Belə ki, birinci dünya savaşında uduzan Osmanlı nəzarət etdiyi əraziləri bir-birinin ardınca itirdi. Qalib dövlətlər bu müsəlman ərazilərini ələ keçirib, öz aralarında böldülər. Suriya və Livan Fransanın, İraq, Misir və Fələstin isə İngiltərənin idarəçiliyinə verildi. Bu, elə bir dövr idi ki, ərazidə dövlətlərini yaratmaq barədə qərar qəbul etmiş yəhudi təşkilatlar bu istiqamətdə ciddi fəaliyyətə başlamışdı. İngilislərin iznilə dünyanın müxtəlif bölgələrindən yəhudilər Fələstinə köçürülür və burada sürətlə yəhudi fermaları yaradılırdı. Paralel olaraq yaradılan qeyri-rəsmi yəhudi silahlı dəstələri müqavimət göstərən ərəbləri silah gücünə köçürməklə ərazidə yəhudilərin sayını çoxalmasına kömək edirdilər. İngilis mandatlığı şəraitində yerli fələstinlilər ciddi müqavimət göstərmək imkanlarından məhrum idilər. Onlar əslində Osmanlını təmsil edən tərəf kimi, savaşda məğlub olmuş tərəf idilər. Beləcə İngiltərə Fələstin ərazilərində çoxlu sayda yəhudilərin məskunlaşmasını təmin etdi. Yəhudilərin Sion dağları bölgəsinə köçürülməsini və burada yəhudi dövlətinin yaradılmasını qarşısına ideoloji məqsəd qoymuş yəhudilər ilbəil öz hədəflərinə bir qədər də yaxınlaşırdılar.
İkinci dünya müharibəsindən sonra İngiltərə Fələstin məsələsinin kifayət qədər dərinləşdiyini nəzərə alaraq gələcəkdə ərəb dünyası ilə qarşı-qarşıya qalmamaq üçün Fələstin məsələsini BMT-nin müzakirəsinə çıxardı. Həmçinin qoşunlarını bölgədən çəkəcəyini bəyan etdi. Fələstin məsələsi 1947-ci il noyabrın 27-də BMT Baş Məclisinə çıxarıldı. Yəhudilərin Avropada  kütləvi qırğınlara məruz qalması bəhanəsilə Fələstində  onlar üçün bir dövlət qurulması ideyası gündəmə çıxarıldı. Və 33 səs lehinə, 13 səs əleyhinə, 10 ölkə bitərəf qalmaqla qərar qəbul olundu. Qərara əsasən, Fələstin torpaqlarında iki – ərəb və yəhudi dövləti yaradılmalı idi. O cümlədən Fələstin ərazisinin 56 faizi, yəni 14,1 min kv. km-i yəhudi dövlətinin, yerdə qalan 11,1 min kv.km, yəni 43 faizi isə yaranacaq ərəb dövlətinə verilməli idi.
Yəhudilərə düşən ərazidə 500 mindən bir qədər az yəhudi və 150 min ərəb, ərəblərə ayrılmış torpaqlarda is ə 750 min ərəb və 10 min yəhudi yaşayırdı. 106 min ərəb və 100 min yəhudinin yaşadığı 1 faizlik ərazi isə beynəlxalq statuslu zona olmalıydı. O zaman Şərqi Qüds – ərəb şəhəri olaraq qalırdı!
Bu məcrada ABŞ, SSRİ və Fransa kimi iri dövlətlər bölünmənin lehinə, ərəb ölkələri və Türkiyə əleyhinə səs verdi, İngiltərə isə keçmiş müstəmləkəsi ilə bağlı qərara bitərəf qalmaqla hər iki tərəfin razılığını qazanmağı düşünürdü. Qəribədir ki, yəhudilər də bu qərardan narazı olduqlarını bəyan etdilər. Az sonra isə “Naqana”, “İrqun” kimi radikal yəhudi təşkilatlarının qeyri-qanuni hərbi birləşmələri ərəb yaşayış məskənlərinə hücumlar təşkil etməyə başladılar. Qısa vaxt ərzində BMT-nin ərəb dövləti üçün nəzərdə tutduğu xeyli ərazi yəhudilər tərəfindən işğal olundu.
5 iyun 1965-ci ildə ikinci ərəb-İsrail müharibəsi başladı. İsrail ordusu Qərbin tam dəstəyilə 6 gün ərzidə Misir, İordaniya və Suriya ordusunu məğlub edərək Misirin Sinay yarmadasını, Suriyanın Colan təpələrini və İordaniyanın tərkibindəki Fələstin torpaqları – Qüdsün ərəblərə aid (1948-ci il bölgüsü zamanı Qüds şəhəri iki hissəyə bölünmüşdü) hissəsini, o cümlədən Qəzza və Qərbi Şəriəni (İordan çayının qərb sahilini) işğal etdi. BMT Təhlükəsizlik Şurası işğala son vermək üçün 242 saylı qətnamə qəbul etsə də İsrail bu qətnaməyə məhəl qoymadı. İşğal olunmuş ərazilərdə inzibati idarəçilik rejimi yaradıldı.

Bu  faktlara diqqət yetirdikdə ermənilərin azərbaycanlıları öz ata yurdlarından necə didrəgin saldığı adamın gözü qarşısında canlanır. Çünki ermənilər də  ABŞ, Rusiya, Avropanın və digər himayədarlarının dəstəyi ilə  azərbaycanlıları öz doğma ocaqlarından  zorla çıxardaraq,  işal etdilər.

Necə deyərlər  cinayətkarın cəzasız qalması yeni-yeni cinayətlərə yol açır.

Azərbaycan prezidenti də dəfələrlə  Ermənistanın işğalçılıq siyasəti laqeyd mövqe sərgiləyən beynəlxalq aləmi qınayaraq, cinayətkarın cəzalandırılmaması  nəticəsində  işğalçını yeni-yeni işğala və cinayətlərə  təşviq etməsi kimi dəyərləndirib. Əgər  vaxtında beynəlxalq aləm, xüsusən də Qarabağ münaqişəsinin tənzimlənməsində vsitəçilik missityasını üzərinə götürən ABŞ, Rusiya, Fransa iradə nümayiş etdirib Ermənistana qarşı sərt sanksiyalar tətəbiq etsəydilər  bu gün Azərbaycan torpaqlarında ermənilər at oynatmazdılar.  Vaxtıyla işğalçılar yerinə otuzdurulsaydı, bu gün işğalçılıq yer üzünü caynağına keçirməzdi!.

Amma həyat davam edir. Deməli, sınaq da hələ bitməyib. Bizlər də bu sınağın içindəyik. əgər İslam dünyası baş verənlərin fərqində olub, heç olmasa ümdə məsələlərdə  vahid mövqe sərgilərlərsə, İslam coğrafiyasında baş verən haqsızlıqlara sinə gərmiş olar.  Düzdür, bu o qədər inandırıcı görünməsə də, bu istiqamətdə səylər göstərilməlidir.

Odur ki, Azərbaycan öz milli maraqları  naminə  Qüds məsələsində Fələstinin yanında   olmaqla yanaşı, islam ölkələri ilə həmrəylik nümayiş etdirməli, xüsusən də Türkiyə ilə birgə addım atmalıdır.

Kimsə düşünür ki, Azərbaycanın  Qüds məsələsində İslam dünyası ilə  həmrəyliyi sıx əməkdalıqda olduğu  İsrailin xoşuna gəlməyəcək, bu yanlışdır. Ən azından İsrail Azərbaycanın üzləşdiyi problemləri çox yaxşıanlayır və buna hprmətlə yanaşır.  Məhz buna görə də Azərbaycanla İsrail milli və dövlət maraqlarının imkan verdiyi çərçivələrdə qarşılıqlı hörmət əsasında fəaliyyət göstərirlər.

Burada onu da qeyd etmək yerinə düşərdi ki, Trampın bu qərarı daha çox Rusiyanın maraqlarına cavab verir. Rusiya Trampın addımdan istifadə edib ilhaq etdiyi Krıma  hüquqi don geyindirməyə çalışacaq. Digər tərəfdən Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna və Moldavadakı münaqişələrdən öz xeyri üçün istifadə edəcək.

Azərbaycana gəldikdə isə onu demək olar ki, Azərbaycan  nəinki İsrail-Fələstin münaqişəsinin, eyni zamanda dünyada baş verən  münaqişələrin ölkələrin ərazi bütövlüyü, suverenliyi çərçivəsində beynəlxalq  hüququn  prinsiplərinə əsaslanaraq  danışıqlar yolu ilə  həll olunmasını dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.  Bu yolla Azərbaycan beynəlxalq hüquq dəyərlərinə söykəndiyini və fəaliyyətində bunu əsas götürdyünü nümayiş etdirmiş olur. Digər tərəfdən də   bu münaqişələrin həllinə öz töhfəsini vermiş olur. Azərbaycan İsrail-Fəlsətin münaqişəsinin danışıqlar yolu ilə  həllini tərəfdarı olub və konfliktin tərəflərin danıqşıalr masası arxasında  həllini dəstəkləyir. Azərbaycan hələ BMT TŞ-yə sədrlik etdiyi dövrdə  İsrail-Fələstin münaqişəsinin tənzimlənməsi istiqamətində öz səylərini göstərib və bu məqsədlə Azərbaycan XİN başçısı hər iki ölkədə olaraq görüşlər keçirib. Azərbaycan bundan sonra da bu siyasətini davam etdirəcək. Çünki bunu  Azərbaycanın maraqları tələb edir və maraqlarına uyğun olaraq  da siyasətini davam etdirəcək.

Mürtəza Bünyadlı

Gununsesi.info