Quldurluqda ittiham edilən gəncə 8 il cəza verildi

  • By admin
  • 24 İyun 2019 14:51

Quldurluqda ittiham edilən gənc hakim qarşısına çıxarılıb.

Gununsesi.org xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham edilən 2001-ci il təvəllüdlü Nicat Həsənlinin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən N.Həsənli 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, cinayət hadisəsi bu il yanvar ayının 13-də saat 23 radələrində Səbail rayonunda baş verib

Məlumata görə, naməlum şəxs Bakı şəhər sakini Z.Mehdizadəni ülgüclə hədələyib pul və əlindəki fotoaparatı almağa cəhd göstərib.

Hadisə zamanı zərərçəkənin köməyinə yaxınlıqda xidmət aparan Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşları çatıb.

Araşdırma zamanı hadisəni törədən şəxsin Sumqayıt şəhər sakini Nicat Həsənli olduğu müəyyən edilib.

Gununsesi.org