Qusarda 15 yaşlı qız dəm qazının qurbanı oldu

  • By admin
  • 08 Dekabr 2019 17:17

Qusarda bədbəxt hadisə baş verib.

Gununsesi.org Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Qusar şəhəri Sahil küçəsi ev 30 ünvanında baş verib. 2004-cü il təvəllüdlü, Niftəliyeva Yeva Vahid qızı fərdi yaşayış evinin hamam otağında dəm qazından zəhərlənib.

Doğmaları 15 yaşlı qızı xəstəxanaya çatdırmaq istəsələr də, o, yolda vəfat edib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Gununsesi.org