Qusarda itkin düşmüş qadın TAPILDI

  • By admin
  • 24 Fevral 2018 13:40
Qusarda itkin düşən şəxs tapılıb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Gununsesi.info-ya verilən məlumata görə, rayonun Qullar kənd sakini, 29 yaşlı Rəna Mehdiyeva ötən il noyabrın 25-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Bundan narahat olan ailəsi onun tapılması üçün Qusar Rayon Polis Şöbəsinə müraciət edib.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs 21 fevral 2018-ci il tarixdə axşam saatlarında Abşeron rayon Xırdalan şəhər ərazisində tapılaraq ailəsinə təhvil verilib.
Gununsesi.info