Rəşad Məcid PA-nın yeni rəhbəri haqqında bunları dedi

Rəşad Məcid PA-nın yeni rəhbəri haqqında bunları dedi


Prezident Administrasiyasının rəhbəri postuna gözlənilməz təyinat cəmiyyətdə böyük rezonansa səbəb olub.
Ölkənin idarəçilik, həmçinin, ictimai-siyasi sistemində tanınmayan Samir Nuriyevin kimliyi barədə suallar hələ də qalmaqdadır.

Gununsesi.org bildirir ki, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid PA- nın yeni rəhbəri haqqında bilgilərini yazıb:
“Samir Nuriyevi 2006-cı ildən tanıyıram. Eyni heyətin tərkibində Cənubi Koreyada səfərdə olmuşduq. Onda İqtisadi İnkişaf Nazirliyində çalışırdı.
Atasını erkən yaşlarında itirib. Elmi işçi olan anasının fədakarlığı sayəsində yaxşı təhsil alıb. Karyera pillələrində özünün qabiliyyət, intellekt, işgüzarlıq kimi üstün və önəmli keyfiyyətləri hesabına yüksəlib. Savadlı, kreativ, yeni düşüncəyə malik kadrdır. Cənab Prezidentin obyektiv, ədalətli və dəqiq seçimidir.
Dövlətin gücü, ədaləti həm də sadə bir ailədən çıxmış bacarıqlı gəncin siyasət olimpinə yüksələ bilməsi imkanı ilə ölçülür.
Dövlətimiz üçün uğurlu təyinat olacağına inanırıq”.

Gununsesi.org

COMMENTS