Rəis rayonda cinayət törətdi – Nazirlik hərəkətə keçdi

  • By admin
  • 16 Noyabr 2019 16:55

Ağsu şəhərində ağacların kəsilməsi ilə bağlı Nazirliyə daxil olan şikayət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli ekologiya idarəsinin əməkdaşları tərəfindən araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, araşdırma zamanı şəhərin Molla Vəli Vidadi küçəsində 6 söyüd ağacının icazəsiz kəsildiyi aşkar edilib.

Ağacların Ağsu Yaşıllaşdırma və Abadlaşdırma MMC-nin rəisi Namiq Mürsəlovun göstərişi ilə kəsildiyi və təbiətə 1360 manat məbləğində ziyan dəydiyi müəyyən olunub. Faktla bağlı akt tərtib edillib. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər qanunamüvafiq tədbirlərin görülməsi üçün Ağsu şəhər Prokurorluğuna göndərilib.