Rafael Dadaşovun xəstəxanadan - VİDEOSU

  • By admin
  • 07 Dekabr 2019 11:49

Səhhətində yaranan problemlərə görə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən Xalq artisti Rafael Dadaşov indiki vəziyyəti barədə danışıb.

Gununsesi.org xəbər verir ki, xəstəxanada Lent.az -a açıqlama verən tanınmış aktyor bildirib ki, müalicəsi davam edir:

“Allahın köməkliyi ilə babatam. Sağ olsunlar, qulluq edirlər. 4 gün reanimasiyada yatdım. Dünən günortadan palataya düşmüşəm. Belə baxanda, ilk gəlişimdən indi yaxşıyam. Səhhətimdə dəqiq nədən əziyyət çəkdiyimi özüm də bilmirdim. Məni daha çox təngnəfəslik narahat edirdi. Addımımı düz ata bilmirdim. Canıma qorxu düşdü. Təcili yardım çağırdılar, bura gətirdilər. Ürək çatışmazlığı imiş. Bir də daxildə su var idi. 4 günə özümə gətirdilər. Ürəklə bağlı problemi tarazlaşdırdılar. İndi böyrəklərimdə su qalıb, onu düzəldəcəklər”.

Qeyd edək ki, R. Dadaşov dekabrın 2-də ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

Gununsesi.org