Rafiq Hüseynlinin qızı AzTV-də aparıcılıq edəcək

  • By admin
  • 17 Yanvar 2020 21:16

Azərbaycanın xalq artisti, mərhum diktor Rafiq Hüseynovun qızı Leyli Hüseynli televiziyada işə başlayıb.

Gununsesi.org xəbər verir ki, bu barədə Modern.az-a Leyli Hüseynlinin anası Səbinə Hüseynli məlumat verib.

O bildirib ki, qızı Leyli Hüseynli AzTV-də aparıcılıq edəcək:

“İngilis dilində olan gecə xəbərləri ilə efirə çıxacaq. İmtahandan keçərək işə qəbul olunub”.

Qeyd edək ki, Leyli Hüseynli Azərbaycanın xalq artisti, tanınmış diktor, mərhum Rafiq Hüseynovun qızıdır. Rafiq Hüseynov 2017-ci ilin 30 oktyabrında 71 yaşında dünyasını dəyişib.

Leyli Hüseynli Azərbaycan Rəssamlıq Akademiyasının ikinci kursunda təhsil alır.

 

 

Gununsesi.org