Ramil Quliyev 1-ci oldu

Ramil Quliyev 1-ci oldu

Sentyabrın 10-da Belarusun paytaxtı Minskdə atletika üzrə Avropa və ABŞ yığmaları arasında keçirilən yarışlarda Türkiyə yığmasının azərbaycanlı atleti, dünya və Avropa çempionu Ramil Quliyev 200 metr məsafəyə qaçış yarışı üzrə birinci olub.

Gununsesi.org DHA-ya istinadən xəbər verir ki, Türkiyə təmsilçisi 20,16 saniyə nəticə göstərərək yarışda bütün rəqiblərini qabaqlayıb.

Qeyd edək ki, atletika yarışları “Dinamo” Milli Olimpiya Stadionunda keçirilib. Görüşdə 300 idmançı 30-dan çox idman növü üzrə mübarizə aparıb.

Gununsesi.org

COMMENTS