Ramil Səfərov ünvanına səslənən ittihamlara belə cavab verdi - MƏN BİRİNCİSİ...

  • By admin
  • 25 May 2019 19:42

Son günlər sosial mediadanın müzakirə mövzusuna çevrilən şəxslərdən biri də Macarıstanda erməni hərbçisini öldürən Ramil Səfərovdur.

Qeyd edək ki, ölkənin tanınmış jurnalisti Xədicə İsmayıl başda olmaqla bir sıra ictimai fəallar hərbçimizin qəhrəman obrazının yaradılmasına qarşı çıxıb.

Onlar iddia edib ki, Ramil Səfərov üçüncü bir ölkədə yatmış ermənini qətlə yetirməklə ölkənin imicini korlayıb.

Bəs görəsən, Ramil Səfərov özü bu iddialar haqqında nə düşünür? 

Gununsesi.org-un əməkdaşı hazırda Müdafiə Nazirliyinin zabiti kimi xidmət keçən Ramilin özü ilə danışıb.

Barəsində deyilənlərdən xəbərdar olduğunu bildirən Ramil Səfərov ancaq açıqlama verməsi üçün Müdafiə Nazirliyinin icazəsini almalı olduğunu deyib: “Bilirsiniz ki, mən hazırda ordudayam. Mənim açıqlama vermək səlahiyyyətim yoxdur. Kimlər də nə danışıbsa, danışsın. Mən birinci icazə almalıyam ki, sonra açıqlama verə bilərəm”.

Gununsesi.org