Ramil Şeydayevin yeni klubu açıqlandı

  • By admin
  • 17 Fevral 2020 21:19

“Sabah” Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevlə müqavilə bağlayıb.

Gununsesi.org klubun rəsmi saytına istinadən xəbər verir ki, müqaviləyə əsasən, 23 yaşlı futbolçu mövsümün sonuna kimi sözügedən komandanın uğurları üçün çalışacaq. Şeydayev “Sabah”da 99 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Ramil futbolçu karyerasına Rusiyanın “Zenit” klubunda başlayıb. O daha sonra Sankt-Peterburq təmsilçisinin əsas komandasının, Rusiyanın “Rubin”, “Krılya Sovetov”, “Dinamo” (Moskva), Türkiyənin “Trabzonspor”, Slovakiyanın “Jilina” klublarının və ölkəmizdə “Qarabağ”ın uğurları üçün çalışıb.

 

 

Gununsesi.org