Ramil Usubov polis rəisinə yüksək vəzifə verdi

  • By admin
  • 10 Yanvar 2019 14:52

İsmayıllı rayon Polis Şöbəsinin rəisi Telman Ağasiyev vəzifəsindən azad edilib.

Gununsesi.org oxu.az-a istinaadən xəbər verir ki,  bununla bağlı müvafiq əmri daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzalayıb.

Bildirilir ki, Telman Ağasiyev Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsində vəzifəyə təyin edilib.