Ramil Usubovdan yeni TƏYİNAT

  • By admin
  • 16 May 2019 13:51

Daxili İşlər naziri Ramil Usubov rəis müavinini təqaüdə göndərib.

Gununsesi.org Unikal.org-a istinadən məlumat verir ki, general-polkovnik Ramil Usubovun əmri ilə, Neftçala rayon Polis Şöbəsi xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Duxtar Sultanov təqaüdə göndərilib.

Onun yerinə isə, Neftçala rayon Polis Şöbəsinin xidmət üzrə baş inspektoru, polis polkovnik leytenantı Cəbrayıl Əhmədov təyin edilib.

Xəbəri Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin Şirvan şəhərindəki regional qrupunun baş inspektoru, polis leytenantı Toğrul Nəsirli təsdiqləyib.