“Real Madrid”in sabiq futbolçusu “Valensiya”nın baş məşqçisi təyin olunub- ALBERT SELADES KİMDİR?

“Real Madrid”in sabiq futbolçusu “Valensiya”nın baş məşqçisi təyin olunub

İspaniyanın “Valensiya” komandasının yeni baş məşqçisi müəyyənləşib.

Gununsesi.org xəbər verir ki, La Liqa təmsilçisi Albert Seladesə həvalə olunub. 44 yaşlı mütəxəssis 2021-ci ilin iyul ayınadək komandaya rəhbərlik edəcək. O, bu postda istefaya göndərilən Marselino Toralı əvəzləyib.

Qeyd edək ki, Albert Selades 2018-ci ildə “Real Madrid”də və İspaniya millisində köməkçi məşqçi vəzifəsini yerinə yetirib. Sabiq müdafiəçi 2000 – 2005-ci illərdə Madrid klubunun formasını geyinib.

 

Gununsesi.org

COMMENTS