Rejissorun ölüm xəbər tanınmışları sarsıtdı

  • By admin
  • 02 Avqust 2016 13:30

konul

 

“Space”  televiziyasının keçmiş əməkdaşı Könül Nəzərli uzun sürən mədə xərçəngindən sonra 42 yaşında  dünyasını dəyişib.

Gununsesi.info xəbər verir ki, musiqi departamentinin rəhbəri olan Könül xanımın ölüm xəbəri müğənni dostlarını kədərə boğub. Bu haqqda sosial şəbəkə vasitəsilə əfsusluqlarını bölüşüblər.

Xalq artisti, müğənni Faiq Ağayev özünün facebook səhifəsində yazıb: “Bu nə qara xəbər, ya Rəbb?.. Qəhər boğdu məni… Allah rəhmət eləsin, ruhun behiştlik”.

Müğənni Roza Zərgərli isə K.Nəzərli ilə bağlı öz təəsüratlarını belə bölüşüb: “Uzun illər dostluq etdiyim insan… Yerin cənnət olsun. Amin. Könül, bu sözləri belə sənə yaza bilmirəm, çünki inanmaq çətindir”.

Gununsesi.info