Rektor gəncləri baytar olmağa səslədi

Rektor gəncləri baytar olmağa səslədi

Azərbaycan Aqrar Universitetinin rektoru İbrahim Cəfərov sosial şəbəkə vasitəsi ilə gənclərə çağırış edib.

Gununsesi.org rektorun həmin qeydlərini təqdim edir: Bəşəriyyətin xilaskarı olmaq istəyirəm Əziz tələbələr, hörmətli izləyicilər! Aqillərdən biri demişdir ki, təbiblər insanların, baytar həkimləri bəşəriyyətin xəstəliklərdən xilaskarıdır. Yer kürəsində ən hörmətli ixtisaslardan biri baytar həkimidir, adı xalq dilində danışsaq deyə bilərəm ki, ən azından baytar həkiminin evinə gecə saatlarında təcili yardım həkimi gəlmir, evdəki baytar həkimi ailədəki xəstə insanı gecə böhran vəziyyətindən çıxara bilir. Avropanın müxtəlif ölkələrində baytarlıq ixtisası üzrə təhsil müddəti 6-7 ildir, bizdə də bakalavrların təhsili 5il, plyus iki il magistratura təhsilidir. Bu gün baytarlıq təbabəti və zoomühəndislik fakültəsində 1200 nəfər təhsil alır, və bütün tələbələr dövlət sifarişi ilə təhsil alırlar, yəni təhsil haqqını dövlət ödəyir. Qeyd edim ki, güclü maddi texniki bazaya malik fakültəmiz var. Əziz dost Sən də bəşəriyyətin xilaskarı olmaq istəyirsənsə bizə qoşul, aqrar universitetə gəl və baytarlıq ixtisasını seç!”

 

 

Gununsesi.org

COMMENTS