Reynmen adını başqası patentləşdirdi - VİDEO

  • By admin
  • 22 Avqust 2019 16:04

“Derdim olsun” mahnısı ilə qısa müddətdə 239 milyon baxış toplayaraq populyarlaşan Reynmenin (Yusuf Aktaş) başına iş gəlib. 

Gununsesi.org xəbər verir ki, “İkinci sayfa” proqramının məlumatına əsasən, Ömer Duvaklı adlı şəxs Türkiyə Patent və Marka Qurumuna müraciət edərək “Reynmen” adını özəlləşdirib.

Sözügedən ləqəbdən istifadə hüququ təkcə ona verilib. Bundan xəbər tutan Reynmen məsələyə rəsmi şəkildə etiraz etsə də, ərizəsi məhkəmə tərəfindən rədd edilib.

Bundan sonra ifaçı həmin quruma müraciət edərək “ R- Reymen” adını patentləşdirib.

 Gununsesi.org