Rihanna haqqında 25 milyon dollarlıq sənədli film çəkilir

  • By admin
  • 14 Dekabr 2019 16:17

Dünyaca ünlü müğənni Rihannanın həyatı ilə bağlı sənədli film çəkilir.

Gununsesi.org xəbər verir ki, artıq çəkiləcək filmin təfərrüatı məlum olub.

Filmin çəkilməsi üçün bütün hüquqları pulla alan “Amazon” şirkəti müğənniyə 25 milyon dollarlıq təklif edib.

Rejissor Peter Berq bir neçə ildir bu layihə üzərində işləyir. Hələlik müğənninin hansı cavab verdiyi məlum deyil.

 

Gununsesi.org