Rihanna son obrazı ilə diqqət çəkib

  • By admin
  • 19 İyun 2019 15:14

Dünyanın maraqla izlənilən stil ikonası, indi isə özünü “Fenti” geyim brendinin yaradıcısı kimi sınamağa başlayan Rihanna son obrazı ilə diqqət çəkib.

Gununsesi.org xarici mətbuata istinadən xəbər verir ki, müğənni Rihanna dünən Nyu-Yorkda ilk geyim kolleksiyasını təqdim edib. Tədbirə ulduz mini parlaq çəhrayı libasda və eyni rəngli bosonojkalarda gəlib. Aksesuarlara böyük sevgilisi olan Rihanna bu dəfə onlardan imtima etməyib və obrazını yaşıl qaşlı bilərzik, üzük və sırğa ilə tamamlayıb.

Geyimlərin qiyməti dodaq uçuqladır, adi bir köynəyin qiyməti 200-300 manatdan başlayır. Ulduzun sözlərinə görə, kolleksiyanın yaradılmasında anası Monikanın geyim tərzindən ilhamlanıb. Yeri gəlmişkən, kolleksiyanın reklam çəkilişlərində anası da iştirak edib.

“Anamın geyindiyi hər şeyə heyran qalırdım və onun bəzənməsinə baxmağı xoşlayırdım. O, həqiqətən möhtəşəm idi, böyük ölçülü paltarlar geyərdi, bununla belə öz qadınlığını qoruyurdu. Həmişə onun kimi olmaq istədim” , deyə Rihanna qeyd edib.

Gununsesi.org