Robotlar iş yerlərinin 50%- ni tutacaq - YENİ HESABAT

  • By admin
  • 17 Sentyabr 2018 11:31

Yeni araşdırmaya görə, 2025-ci ilə qədər dünyadakı iş yerlərinin yarısı robotlara həvalə ediləcək- yəni insan əməyini robot əvəz edəcək.

Dünya İqtisadi Formunun sentyabrın 17-də yaydığı araşdırmasına görə, əmək bazarında robotların idarə etdiyi işlər yaxın 8 ildə 50%-ə qədər artacaq:

“Bu gün robotlar dünyadakı iş yerlərinin 29%-də çalışırlar”-deyə İsveçrədə yerləşən qeyri-kommersiya təşkilatı bildirir.

“İş yerlərinin gələcəyi” adlı hesabtada qeyd edilir ki, hazırda katiblik, poçt, müştəri xidmətləri kimi sahələrdə robotlar insanları əvəzləyir.

Bununla belə, təşkilat bildirir ki, “insan əməyi”nin gərəkli olduğu sahələrdə – satış, marketinq kimi elektron ticarət və ya social mediaya bağlı olan səhələrdə insan əməyinə tələbat artırılmalıdır.

Qurum hökümətlərə davamlı və işçilər üçün iş yerini itirmək təhlükəsi olmayan işyerləri şəbəkəsi yaratmağı tövsiyyə edir