Roma papasının səfərindən sonra Çilidə etirazlar başladı

  • By admin
  • 16 Yanvar 2018 21:55

Çilinin Konsepsyon şəhərində Roma Papası Fransiskin səfər vaxtına salınmış etiraz aksiyası nümayişçilərlə polis arasında qarşıdurma ilə başa çatıb.

Gununsesi.info xəbər verir ki, etirazçılar hökuməti Çilinin pontifikə olduğu kimi təqdim edilməməsinə görə tənqid ediblər.

Polis aksiya iştirakçılarına qarşı su şırnaqlarından istifadə edib, 30 etirazçı saxlanılıb.

Qeyd edək ki, Roma Papası paytaxt Santyaqoya ötən gün axşam gəlib.

Gununsesi.info