Ronaldo baş məşqçini təhqir etdi: “İt oğlu” – VİDEO

  • By admin
  • 13 Noyabr 2019 09:43

Yuventus”un portuqaliyalı ulduz futbolçusu Kriştiano Ronaldo A seriyasında “Milan”la qarşılaşmada əvəzlənməsini müsbət qarşılamayıb.

Gununsesi.org xəbər verir ki, Ronaldo ikinci hissəsinin əvvəlində əvəzlənərkən baş məşqçi Maurisio Sarrinin əlini sıxmayıb.

Bundan əlavə o, birbaşa tribunaya yollanıb. Ardınca isə qarşılaşmanın final fitini gözləmədən evə yollanıb.

“Il Bianconero” portalı iddia edir ki, Kriştiano Ronaldo əvəzləndikdən sonra Sarri tərəfə dönərək portuqal dilində ona “it oğlu” deyərək təhqir edib. / BAKU.WS

 

Gununsesi.org