Rövnəq Abdullayevdən kütləvi ixtisar:  Təcrübəli işçilər işdən çıxarıldı (FOTO)

  • By admin
  • 13 İyul 2018 17:48

Dövlət Neft Şirkətinin (ARDNŞ) törəmə şirkəti olan “SOCAR CAPE” Məhdud Məsuliyyətli Cəmiyyəti ixtisarlara başlayıb. Şirkətdən uzaqlaşdırılanlar arasında Qubadlı rayonundan məcburi köçkün olan Qafar Bayramov və Əvəz Kərimovda var.
İşdən uzaqlaşdırılan sözügedən şəxslər Unikal.org-a danışıblar.
Qafar Bayramov bildirib ki, 16 ildir “SOCAR Cape” şirkətində dəmir bəndçi vəzifəsində çalışıb. Ötən ay ona heç bir xəbərdarlıq edilmədən vəzifəsindən kənarlaşdırılıb.
O, 16 il ərzində hər ayın ən azı 14 gününü dənizdə “Dərinsulu günəşli” platformasında çalışıb:
“Ailəliyəm, iki övladım var. Bununla belə, qardaşım dünyasın dəyişdikdən sonra onun iki övladına və həyat yoldaşına mən baxıram. “SOCAR Cape” şirkətindən aldığım məvacib hesabına iki ailəni saxlayırdım. Hazırda isə ailəmdə sosial problemlər yaranmağa başlayıb. Heç bir xəbərdarlıq edilmədən, izahat verilmədən vəzifəmizdən azad edildim. Halbuki, 16 ildir sözügedən şirkətdə çalışmışam. Bu illər ərzində şirkətin adı dəyişsə də bizi vəzifəmizdə salayıblar. 2013-cü ildə “Stork” şirkəti ləğv edildikdən sonra şirkətin adı dəyişərək “SOCAR Cape” oldu. Bundan sonra şirkətin yeni rəhbəri İlqar Əhmədov bizə yeni iş axtarmamağa, burada çalışacağımızı hamının qarşısında söz verdi. O bildirdi ki, köhnə mütəxəsisslərə “SOCAR Cape”də işləmək daha rahat olacaq. Amma son hadisələr göstərdi ki, İlqar Əhmədovun bizə verdiyi ümid boş vəddən başqa bir şey deyilmiş. Qəbuluna da yazılmışıq, bizi qəbul etmir. Sözümüzü ona demək istəyirik ki, bizi nəyə görə, hansı səbəbə işdən çıxarıb? Bizi qəbula və şirkətin həyətinə daxil olmağa buraxmırlar. Sözümüzü kimə deyək bilmirik? 6 nəfər ixtisar edilməsi üçün siyahı göndərilib. Şirkətdə 1-2 ildi çalışan işçiləri saxlayır, 15-22 ilin işçilərini çıxarıblar. Halbuki yeni gələnlər bizdə bilirik ki, İlqar Əhmədov və şirkətin digər rəhbər işçilərinin yaxınlarıdır”. Şikayətçi bildirib ki, işdən çıxarağımızla bağlı heç bir qəpikdə kompensasiya verməyiblər”.
Şikayətçi Əvəz Kərimov 2009-cu ildən “Dərinsulu günəşli” platformasında dəmirbənd üzrə icraçı rəhbər (supervazer) vəzifəsində çalışıb. O deyib ki, ümumilikdə bu ixtisası üzrə 21 ildi dəmirbəndçi vəzifəsində çalışıb: “Özüm 6 uşaq sahibiyəm. Böyük ailəm var. Səbəbsiz yerə məni işdən uzaqlaşdırıblar. Dəfərlərlə işdən çıxarılanlarla birlikdə “SOCAR Cape” şirkətinin rəhbəri İlqar Əhmədovun qəbuluna düşmək üçün müraciət etsək də, buna biganə yanaşıblar. İlqar Əhmədovun katibəsi bizə bildirdi ki, siz kadrlar şöbəsinin rəisi Tofiq Əfəndizadə ilə görüşməlisiniz. Bizim bu görüşümüz baş tutdu. Şikayətlərimizə qulaq asdı, amma heç bir köməklik göstərmədi. Sözün əsl mənasında başımın altına yastıq qoydu. İyun ayının 19-da mənə zəng gəldi ki, işdən azadsan. Kömək etmək əvəzinə mənə zərbə vurdu. Bu günə qədər də, İlqar Əhmədovun qəbuluna düşmək üçün xəbər gözləyirik, hələ bir xəbər yoxdur.
Əslində “SOCAR Cape” şirkətinin sifarişçi “Bp”dir. Bu şirkətdə əmr verib ki, 6 nəfər işçi ixtisar olunsun. Bu adamlarda təcrübəli işçiləri işdən çıxarıblar. Məqsədləri də məlumdur. Çünki, yeni gələn işçilərin əksəriyəti öz adamlarıdır. Onları müxtəlif yerlərə göndərir, sertifikatla təmin edirdilər. Halbuki onların yerinə təcrübəli işçilər göndərməli idilər”.